WUF tarixinin ən böyük sərgisi Bakıda açıldı - Fotolar

wuf-tarixinin-en-boyuk-sergisi-bakida-acildi
Oxunma sayı: 604

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Urban Expo” sərgisinin açılışı olub. 

“Qafqazinfo” xəbər verir ki, açılışda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün Milli Koordinatoru Anar Quliyev və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax iştirak ediblər. 

Xəbəri rus dilində oxuyun: В Баку открылась крупнейшая выставка в истории WUF - ФОТО

Miqyasına görə WUF tarixinin ən böyük sərgisi olan “Urban-Expo” tədbir məkanı olan Bakı Olimpiya Stadionunda 3,5 hektar sərgi sahəsini əhatə edir. Sərgidə dünyanın müxtəlif ölkələrindən 217 təşkilat iştirak edir, 66 ölkə isə milli pavilyonlarla təmsil olunur.

Günel İbrahimova
Fotolar: Xəyal Vəlizadə