Qaçırılan 15 yaşlı qız tapıldı - Yenilənib

qacirilan-15-yasli-qiz-tapildi
Oxunma sayı: 7204

Tovuz sakini nəvəsinin oğurlanması ilə bağlı polisə müraciət edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, rayonun Qovlar şəhər sakini, 1958-ci il təvəllüdlü A.H. rayon polis şöbəsinə ərizə ilə müraciət edərək nəvəsi, 2007-ci il təvəllüdlü Gülşənin (şərti) qaçırıldığını bildirib. O, əlavə edib ki, hadisə noyabrın 11-də gecə saat 01 radələrində baş verib.

Həmçinin oxuyun: Выиграй дом, машину или другие ценные призы, потратив 10 манат!

Şikayətçi nəvəsinin evlənmək məqsədilə qaçırıla biləcəyini qeyd edib.

Müraciətlə bağlı araşdırma aparılır.

***

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, hadisə barədə Tovuz rayon Polis Şöbəsinə müraciət daxil olub: “Dərhal polis əməkdaşları tərəfindən tədbirlər həyata keçirib və müəyyən edilib ki, Şəmkir rayon Kür qəsəbə sakini 2007-ci il təvəllüdlü Tovuz rayon sakini 1994-cü il təvəllüdlü E. Mehdiyevlə görüşüb, könüllü şəkildə qaçıblar. Polis əməkdaşları onların yerini müəyyən edib və azyaşlı valideynlərinə təhvil verilib. Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir”.

Nizam Rza