16 dəqiqəyə 3 qol vurdu - 985-i tamamladı

16-deqiqeye-3-qol-vurdu
Oxunma sayı: 327

Səudiyyə Ərəbistanı Pro Liqasının 12-ci turu çərçivəsində “Əl-Nəsr” doğma meydanda “Əl-Xolod” komandasını 5:2 hesabı ilə məğlub edib.

“Qafqazinfo” xəbər verir ki, qarşılaşmanın ilk hissəsi 2:2 hesabı ilə başa çatıb.

Meydan sahiblərindən Anhelo və Sadio Mane, qonaqlardan isə Domingeş və Esomba fərqləniblər.

Matçın ikinci hissəsində isə səhnəyə portuqaliyalı ulduz Kriştianu Ronaldo damğasını vurub. Ronaldo cəmi 16 dəqiqə ərzində rəqib qapısından üç top keçirərək het-trikə imza atıb. O, 66-cı dəqiqədə Joao Feliksin ötürməsini qolla tamamlayıb, 72-ci dəqiqədə isə baş zərbəsi ilə hesabı 4:2 edib və az sonra daha bir qol vuraraq komandasının üstünlüyünü möhkəmləndirib. Oyunda son nöqtəni isə 94-cü dəqiqədə penaltidən fərqlənən Domingeş qoyub.

Bu het-trik sayəsində 41 yaşlı hücumçunun rəsmi oyunlardakı ümumi qol sayı 985-ə çatıb. Mövcud formasını nəzərə alsaq, portuqaliyalı ulduzun bu hədəfə elə bu mövsümdə çatacağı gözlənilir.

Qeyd edək ki, bu qələbədən sonra “Əl-Nəsr” turnir cədvəlində liderliyi “Əl-Qadisiya” ilə şərikli şəkildə bölüşür və çempionluq uğrunda gərgin mübarizəsini davam etdirir.