16 evdən oğurluq edən şəxs saxlanıldı

16-evden-ogurluq-eden-sexs-saxlanildi
Oxunma sayı: 1380

Abşeron rayonu Saray qəsəbəsində yeni tikilməkdə olan evlərdən birindən oğurluq edilib.

DİN Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, evdən təmir-tikinti əşyaları, eləcə də elektrik naqilləri oğurlanıb.

Saray qəsəbəsində yaşayan daha 10-a yaxın sakin eyni məzmunlu şikayətlərlə müraciət edib.

Hadisələri törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Nicat Quliyev saxlanılıb. O, izahatında etdiyi oğurluqları etiraf edib. Nicat Quliyev evlərdən oğurladığı əşyaları paytaxtın Sabunçu rayonunda satdığını bildirib. Onun Saray qəsəbəsində 16 evdən oğurluq etdiyi müəyyən edilib.