18 yaşlı əmisi oğlunu iplə boğub öldürdü

18-yasli-emisi-oglunu-iple-bogub-oldurdu
Oxunma sayı: 6941

Şamaxıda 29 yaşlı şəxs 18 yaşlı əmisi oğlunu qətlə yetirib. 

DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, aprelin 22-də rayonun Mədrəsə qəsəbəsində 2005-ci il təvəllüdlü Ramin Hacıyevin iplə boğularaq qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən onun əmisi oğlu 1994-cü il təvəllüdlü Hacıyev Tural Mahir oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.