18 yaşlı sürücü maşını aşırdı - Özü öldü, yaralılar var - Foto

18-yasli-surucu-masini-asirdi
Oxunma sayı: 6608

Şamaxı-Çöl Göylər-Padar avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsü, 18 yaşlı Sabirabad rayon sakini Fərhad Quliyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolun kənarına aşıb. Xəsarət alan F.Quliyev və avtomobildə olan üç sərnişin Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, sürücü orada vəfat edib.

Faktla bağlı cinayət işi başlanılıb.