19 və 20 yaşlı gənclər qəzada öldü...

19-ve-20-yasli-gencler-qezada-oldu
Oxunma sayı: 3671

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun Əliyaqublu kəndindən keçən hissəsində qeydə alınıb.

Ağır tonnajlı “TIR”la “VAZ 21 06”nın toqquşması nəticəsində “VAZ”da olan iki nəfər- Şəmkir rayon sakinləri, 1999-cu il təvəllüdlü Kazımov Ruslan və 2000-ci il təvəllüdlü Cəlilov Elxan dünyasını dəyişib. Hadisə zamanı iki nəfərin də xəsarət alaraq xəstəxanaya yerləşdirildiyi bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Elmar Əli