19 yaşlı ananın körpəsi doğuşdan sonra öldü

19-yasli-ananin-korpesi-dogusdan-sonra-oldu
Oxunma sayı: 1514

Sabirabad rayonunda uşaq ölümü qeydə alınıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Sabirabad rayon Mərkəzi Xəstəxanasının Perinatal Mərkəzində qeydə alınıb.

Belə ki, Sabirabad rayon sakini, 2000-ci il təvəllüdlü Fətiyeva Hurə Arif qızının doğuşdan bir gün sonra körpəsi ölüb.

Yaxınlarının iddiasına görə, uşaq həkim səhlənkarlığı nəticəsində həyatını itirib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Tural Hüseynli