Bakıda mənzildən 19 yaşlı oğlanın meyiti tapılıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə dünən saat 20 radələrində Nizami rayonu Özbəkistan küçəsində baş verib.
2007-ci il təvəllüdlü Elnur Elşən oğlu Əliyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti mənzildə aşkar edilib. Onun elektrik cərəyanı vurması nəticəsində ölməsi məlum olub.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər