20 yaşında kəndinin muxtarı oldu - Fotolar

20-yasinda-kendinin-muxtari-oldu
Oxunma sayı: 4451

Türkiyənin Bartın şəhərinin Şirinlər kəndində 20 yaşlı Mustafa Doğan muxtar seçilib.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, atası ilə təsərrüfatla məşğul olan lisey məzunu Mustafa Doğan 31 mart Yerli Rəhbərliklərin Ümumi Seçkisində kənd muxtarlığına namizəd olub.

Doğan gənc yaşına baxmayaraq, hazırkı muxtarın da olduğu 45, 59, 64 və 65 yaşlı namizədləri geridə qoyaraq seçkiləri qazanıb. 108 etibarlı səsin sayıldığı kənddə 35 səs alan Doğan kənd muxtarı seçilib.

Kənddəki nöqsanları görüb namizəd olmağa qərar verdiyini deyən Mustafa Doğan, “Kənddə yaşayan vətəndaşlarımızdan çox dəstək aldım və seçkidə qalib gəldim. Mən də daxil olmaqla 5 namizədimiz var idi. Mən 35 səslə seçkilərdə qalib gəldim. Hazırda kəndimizdə olan çatışmazlıqları üzə çıxarıb dövlətimizdən kömək istəyəcəyik. Hazırda yolumuz və qəbiristanlığımız üçün körpü layihəm var. İnşallah bunları həyata keçirəcəyik. Seçkidən əvvəl insanlar mənim 20 yaşım olduğunu eşidəndə çox təəccüblənirdilər. Mənə dedilər ki, sən çox gəncsən, sənə səs verməzlər. İndi çox təəccüblənirlər və “gənc dinamik muxtarımız” deməklə mənim işləmək əzmini artırırlar”, - deyə o bildirib.