19 yaşlı oğlan dənizdə batdı - Yenilənib

19-yasli-oglan-denizde-batdi
Oxunma sayı: 3716

Xəzər rayonunda 19 yaşlı gənc dənizdə batıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə çimərlik ərazisində qeydə alınıb.

2006-cı il təvəllüdlü Cavid Tapdıqovun həyatını xilas etmək mümkün olmayıb.

***

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 5 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.