“2030-cu ilə qədər yeni intensiv meyvə bağları salınacaq” - Nazir müavini

2030-cu-ile-qeder-yeni-intensiv-meyve-baglari-salinacaq
Oxunma sayı: 828

“2030-cu ilə qədər yeni intensiv meyvə bağlarının salınması nəzərdə tutulub. Siyahıda ərik bağları da mühüm yer tutur”.

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli Samuxda keçirilən ərik festivalında deyib.

O əlavə edib ki, əsas məqsəd fermerlərin imkanlarını daha da genişləndirməkdir.

“Samuxun əkinçilik və bağçılıq istiqamətində böyük potensialı var. İstər ölkə daxilində, istərsə də xarici bazara çıxmaq üçün geniş imkanları var. Kənd Təsərrüfatı Nazirliyi olaraq daim fermerlərin yanındayıq. Onların dövlət dəstəyi ilə təmin olunması, eyni zamanda beynəlxalq bazara çıxış üçün sertifikatlaşdırılması, emal müəssisələrinin qurulması kimi dəstəyimiz davam edəcək”.

Yunis Quliyev