“23 illik həyat yoldaşım məni təhdid etdi” - Çavuşoğlu

23-illik-heyat-yoldasim-meni-tehdid-etdi
Oxunma sayı: 7690

Türkiyə Xarici işlər naziri Mevlüt Çavuşoğlu ölkədə edam cəzasının yenidən bərpa olunması ilə bağlı müzakirələrin getdiyi vaxtda həyat yoldaşı ilə arasında yaşanan maraqlı dialoqu paylaşıb.

Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Çavuşoğlu bu məsələ ilə bağlı həyat yoldaşının onu təhdid etdiyini etiraf edib:

“Mən şəxsən söyləyirəm. Edam cəzasının əleyhinəyəm. Həyat yoldaşım çevriliş cəhdinin səhərisi günü məni təhdid etdi. “Edam cəzası ilə bağlı sənin düşüncələrini bilirəm. Lakin fikrini dəyişsən səninlə münasibətlərimizi yenidən nəzərdən keçirəcəm”, - dedi. Mən heç nə demədim. 23 ildir evliyik, lakin həyat yoldaşım ilk dəfədir ki, məni təhdid etdi”.