İran milli komandası 2026-cı il dünya çempionatında iştirak edəcək

iran-milli-komandasi-2026-ci-il-dunya-cempionatinda-istirak-edecek
Oxunma sayı: 379

FİFA prezidenti Canni İnfantino İran milli futbol komandasının 2026-cı il dünya çempionatında mütləq iştirak edəcəyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, İnfantino təşkilatın konqresində danışıb.

“Əlbəttə, İran millisi də iştirak edəcək. Komanda ABŞ-də oynayacaq. Səbəb çox sadədir: biz insanları birləşdirməliyik. Bu mənim məsuliyyətimdir, bu bizim məsuliyyətimizdir”, - İnfantino bildirib.

Qeyd edək ki, Dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.

Mart ayında ABŞ Prezidenti Donald Tramp İranın 2026-cı il dünya çempionatında iştirakının yersiz olduğunu bəyan edib.