23 yaşlı azərbaycanlı Ukraynada itkin düşdü - Foto

23-yasli-azerbaycanli-ukraynada-itkin-dusdu
Oxunma sayı: 3556

Ukraynada yaşayan 23 yaşlı azərbaycanlı itkin düşüb.

Bu barədə “Qafqazinfo”ya gəncin anası Gülnarə Soltanovanın rəfiqəsi Firuza Eyvazova məlumat verib.

O bildirib ki, Kiyevdə restoranların birində aşpaz işləyən Fərid Sultanovdan sentyabrın 10-dan bəri məlumat ala bilmirlər: “Anası hazırda Kiyevə gedib. Onu axtarmaq üçün Kiyevdə yaşayan azərbaycanlılara da müraciət olunub”.