23 yaşlı oğlan dəm qazından öldü

23-yasli-oglan-dem-qazindan-oldu
Oxunma sayı: 2292

Bərdədə 23 yaşlı oğlan dəm qazından zəhərlənərək ölüb. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Kələntərli kəndində baş verib.

Belə ki, 23 yaşlı kənd sakini İsgəndərov Elməddin İsgəndər oğlu gecə qaz sobasını yanılı qoyaraq yatıb. Nəticədə o, boğularaq ölüb. Onun cansız bədəni ailə üzvləri tərəfindən yataq otağında tapılıb.

Hadisə yerinə hüquq mühafizə orqanları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, E.İsgəndərov ailəli olub, bir qız övladı var.

Tural Hüseynli