23 yaşlı oğlanın boğazını kəsiblər – - Bakıda

23-yasli-oglanin-bogazini-kesibler-
Oxunma sayı: 3208


“Qafqazinfo”nun Lent.az-a istinadən verdiyi məlumata görə, gecə saatlarında Şamaxinka adlanan ərazidən 20-25 yaşlı oğlan ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər onun boğaz nahiyəsində kəsilmiş xəsarətlər aşkar ediblər və həmin şəxs dərhal əməliyyat olunub.

Araşdırmalar nəticəsində xəsarət alan şəxsin 1992-c il təvəllüdlü Hüseynov Əşrəf Elnur oğlu olması müəyyən edilib. 23 yaşlı gəncin kim tərəfindən, hansı şəraitdə və nə səbəbdən bıçaqlanması məlum deyil.

Araşdırmalar davam etdirilir.