“Ukraynalı mütəxəssislər İran dronlarını vurub”

ukraynali-mutexessisler-iran-dronlarini-vurub
Oxunma sayı: 513

Ukraynalı hərbi mütəxəssislər bir neçə Yaxın Şərq ölkəsində İran dronlarını vurub.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski açıqlama verib.   

O, Yaxın Şərq ölkələrinə göndərilmiş ukraynalı mütəxəssislərin qurduğu müasir hava hücumundan müdafiə sistemlərinin İranın “Şahed” dronlarına qarşı mübarizədə effektiv olduğunu diqqətə çatdırıb. 

“Dəstəyimiz və təcrübəmiz müqabilində bəzi ölkələrdən enerji infrastrukturumuzu qorumaq üçün dron tutucuları alacağıq, digərləri ilə aramızda maliyyə sazişləri var”, - o əlavə edib.  

Zelenski göstərilən yardım qarşılığında Ukrayna neft tədarükünü də istisna etməyib. 

Xatırladaq ki, Kiyev ABŞ-İsrail-İran müharibəsi zamanı Yaxın Şərq ölkələrini dron hücumlarından qorumaq üçün azı 4 ölkəyə hərbi mütəxəssislər göndərmişdi.