“24 nəfəri çıxara bildik, qalanları yanıb öldü”

24-neferi-cixara-bildik-qalanlari-yanib-oldu
Oxunma sayı: 6944

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin yanğın təhlükəsizliyinə cavabdeh Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın məhkəməsi keçirilib. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Azər Paşayevin icraatında olan prosesdə şahidlər dindirilib.

Mərkəzin sanitarı Amid Ağayev deyib ki, onun işi xəstələrə nəzarət etmək, yıxılanları ayağa qaldırmaq, yatanları oyatmaq və qaçanları tutmaq olub: “Yanğın vaxtı şöbədə 55 xəstə var idi. Səhərə yaxın kimsə dedi ki, yanğın olub. Dəhlizə çıxdım, 15-ci otağın qarşısında 3 nəfər dayanmışdı, içəridən də tüstü gəlirdi. Tez çölə çıxıb yanğınsöndürən balonu götürüb gəldim. Naillə Rasim digər xəstələri oyatmağa başladı. Yanğın 15-ci otaqda başlayıb sürətlə yayılırdı. Mən də xəstələri çölə çıxartmağa başladım, ayağımın altında xəstə qalırdı, əllərindən tutub çölə çıxartdım. Sonra çöldə saydıq, 24 nəfəri çıxara bilmişdik. Qalanları içəridə yanıb öldü”.

Murad Əhməd