26 yaşlı qadın 15 gündür itkindir - Foto

26-yasli-qadin-15-gundur-itkindir
Oxunma sayı: 1313

Cəlilabadda 26 yaşlı qadın itkin düşüb.

“Qafqazinfo” xəbər verir ki, rayon sakini Mətanət Hüseynova fevralın 9-da rayonun Sərhədabad kəndində yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib. O bir daha geri qayıtmayıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, şəxsin itkin düşməsi ilə bağlı daxil olmuş məlumat üzrə axtarış elan edilib. Hazırda onun tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Şəxsi görənlərdən DİN-in “102” Xidməti Zəng Mərkəzinə, həmçinin (+994) 55-248-17-33 mobil nömrəsinə zəng edərək məlumat vermələri xahiş edilir.

İtkin düşmüş şəxsin ailəsi onun axtarışına dəstək olması məqsədilə həm hicablı, həm də hicabsız fotosunu təqdim edib.