Pentaqon binasında nazirliyin yeni adının əks olunduğu lövhələr quraşdırılıb.
“Qafqazinfo” ABŞ Müharibə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, lövhələrdən birini Pentaqonun baş girişində idarənin rəhbəri Pit Heqset şəxsən asıb.
Heqset vurğulayıb ki, yeni ad Pentaqonun əsas məqsədlərindən birini - müharibələrdə qələbəni əks etdirmək üçün seçilib:
“Əlbəttə ki, əsas məqsəd müharibələrin qarşısını almaq və ilk növbədə sülhü bərqərar etməkdir”.
Qeyd edək ki, bürüncdən hazırlanmış hər bir lövhənin çəkisi təxminən 27 kiloqramdır.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Trampın sentyabr ayında imzaladığı Sərəncama əsasən, Pentaqonun adı Müdafiə Nazirliyindən Müharibə Nazirliyinə dəyişdirilib.

Son xəbərlər
Son Xəbərlər