“Apple Pay” artıq “Bank Avrasiya”da!

apple-pay-artiq-bank-avrasiyada
Oxunma sayı: 186

Artıq “Bank Avrasiya”nın “Visa” və “Mastercard” kartlarını “Apple Pay” xidmətinə əlavə edərək gündəlik ödənişlərinizi daha sürətli, rahat və təhlükəsiz şəkildə həyata keçirə bilərsiniz.

Kartınızı “iPhone” və ya “Apple Watch” cihazınızdakı “Wallet” tətbiqinə əlavə etməyiniz kifayətdir. Bundan sonra mağazalarda, restoranlarda və digər satış nöqtələrində, eləcə də onlayn platformalarda təmassız ödənişləri saniyələr ərzində tamamlaya bilərsiniz.

“Apple Pay” vasitəsilə edilən əməliyyatlar yüksək təhlükəsizlik standartlarına uyğun qorunur.

“Bank Avrasiya” müştərilərinə innovativ və müasir maliyyə həlləri təqdim etməyə davam edir.

“Bank Avrasiya” ASC Mərkəzi Bankı tərəfindən verilmiş 28.11.2007-ci il tarixli, 251 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. 

Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı “Bank Avrasiya”nın rəsmi Feysbuk, İnstaqram və Linkedin sosial media hesabları vasitəsilə və ya *2226 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.