COVID-19 vaksinlərinə görə 1,9 milyard ödəməli olacaqlar

covid-19-vaksinlerine-gore-19-milyard-odemeli-olacaqlar
Oxunma sayı: 900

Rumıniya və Polşa artıq alınmış COVID-19 vaksinlərinə görə “Pfizer” şirkətinə ümumilikdə 1,9 milyard avro ödəməli olacaqlar.   

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Brüssel məhkəməsi qərar çıxarıb.  

Məhkəmə bunu tərəflər arasında imzalanmış müqavilələrin tələb azaldıqda belə peyvəndlərin haqqını ödəmək öhdəliyini nəzərdə tutması ilə əsaslandırıb. 

“İddia tam təmin edilib. Müdafiə tərəfləri iddiaçının (“Pfizer” şirkəti - red.) bazarda dominant mövqeyindən sui-istifadə etdiyini sübut edə bilməyiblər”, - Brüssel şəhər məhkəməsinin qərarında deyilir. 

Qərara əsasən Polşa “Pfizer” şirkətinə 1,3 milyard avro, Rumıniya isə 600 milyon avro ödəməli olacaq. 

Qeyd edək ki, iki ölkə ehtiyatların artıqlığını, preparatların koronavirusun yeni ştammlarına qarşı səmərəsizliyini, həmçinin Ukrayna münaqişəsi səbəbilə büdcə vəsaitlərinin çatışmazlığını əsas gətirərək 2022-ci ildə vaksin alışlarını davam etdirməkdən imtina edib. “Pfizer” şirkəti isə müqavilə şərtlərinin yerinə yetirilməməsi iddiası ilə 2023-cü ildə məhkəməyə müraciət edib.