“Yelo Bank” 6 nominasiya üzrə qalib seçildi

yelo-bank-6-nominasiya-uzre-qalib-secildi
Oxunma sayı: 192

Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən hər il ənənəvi olaraq keçirilən “Bankçılıq Mükafatları” çərçivəsində 2025-ci ilin yekunları üzrə qaliblər elan edilib.

“Yelo Bank”ın ötən il ərzində müxtəlif istiqamətlər üzrə həyata keçirdiyi effektiv fəaliyyət ABA tərəfindən yüksək qiymətləndirilib.

Bank aşağıdakı 6 fərqli nominasiya üzrə mükafata layiq görülüb:

- Korporativ sosial məsuliyyət;
- Maliyyə savadlılığı dəstəkçisi;
- Təhsil dəstəkçisi;
- Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü;
- Rəqəmsal ödənişlər sahəsində innovativ layihələrin tətbiqi;
- Dayanıqlı bankçılıq üzrə layihələr (ESG).

“Yelo Bank” üçün 2025-ci il həm rəqəmsallaşma, həm də sosial məsuliyyət baxımından olduqca məhsuldar keçib. Sözügedən istiqamətlər üzrə həyata keçirilən layihələr, xüsusilə təhsilə dəstək, KOB-in maliyyələşdirilməsi və dayanıqlı inkişaf təşəbbüsləri bankın gündəlik fəaliyyət strategiyasının ayrılmaz hissəsidir.

Tecili kredit axtarırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya “Facebook”, “Instagram”, “Whatsapp” və yelo.az hesablarımızı ziyarət edin. 

“Yelo Bank” – Parlaq bankçılıq!