Mərkəzi Bank uçot dərəcəsini dəyişmədi

merkezi-bank-ucot-derecesini-deyismedi
Oxunma sayı: 220

Azərbaycan Mərkəzi Bankı (AMB) uçot faiz dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, AMB-nin İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 6.5%, faiz dəhlizinin aşağı həddi 5.5%, faiz dəhlizinin yuxarı həddi isə 7.5% səviyyəsinə dəyişməz saxlanılıb. 

Faiz dəhlizi ilə bağlı qərar qəbul olunarkən faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf intervalı (4±2%) ilə uzlaşması, yaxın regionda artan geosiyasi gərginliklərin yaratdığı risklər, qlobal və daxili maliyyə bazarlarındakı mövcud vəziyyət, daxili makroiqtisadi meyillər, eləcə də pul siyasəti qərarlarının real sektora ötürücülüyünün xüsusiyyətləri əsas götürülüb.