27 yaşlı oğlan futbol oynayarkən öldü

27-yasli-oglan-futbol-oynayarken-oldu
Oxunma sayı: 912

Bakıda gənc oğlan futbol oynayarkən vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, hadisə dünən saat 21 radələrində Xəzər rayonu Binə qəsəbəsinin ərazisində yerləşən stadionda baş verib.

Bakı şəhər sakini 1999-cu il təvəllüdlü Xəyal Xaliq oğlu İbadov futbol oynayan zaman səhhətinin qəfil pisləşməsi səbəbindən həyatını itirib.

Onun ürək çatışmazlığından öldüyü bildirilib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğu araşdırma aparır.