Bakının mərkəzində skuterdən yıxılan 42 yaşlı kişi ölüb.
“Qafqazinfo” xəbər verir ki, hadisə sentyabrın 12-si Azadlıq prospekti 27-nin qarşısında – “28 Mall”un önündə baş verib.
Bakı şəhər sakini 1984-cü il təvəllüdlü İsmayıl Kərim oğlu Nəbiyev skuterdən yıxılıb və xəsarətlə xəstəxanaya yerləşdirilib.
Tibbi yardıma baxmayaraq, o, 10 gün sonra vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər