28 yaşlı şəxs işlədiyi mağazada öldü

28-yasli-sexs-islediyi-magazada-oldu
Oxunma sayı: 1357

Neftçala rayonunda 28 yaşlı şəxsin meyiti işlədiyi marketdə tapılıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə aprelin 13-ü saat 05 radələrində Neftçala şəhəri ərazisində baş verib.

1998-ci il təvəllüdlü Saleh Yaşar oğlu Məmmədovun meyiti işlədiyi mağazanın anbarında aşkar edilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.