36 yaşlı kişi bıçaqlandı

36-yasli-kisi-bicaqlandi
Oxunma sayı: 1507

Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, rayonun Aran Yanıqlı kəndində 1986-cı il təvəllüdlü İsmayılov Nail Soyped oğlu bıçaqlanıb.

Onu 2001-ci il təvəllüdlü Sadıqov İlkin Anar oğlunun vurduğu məlum olub. Hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Murad Əhməd