46 yaşlı kişi “Günəşli” hoteldə öldü

46-yasli-kisi-gunesli-hotelde-oldu
Oxunma sayı: 430

Bakıda hoteldə ölüm hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə noyabrın 22-si saat 18 radələrində Xətai rayonu Babək prospektində yerləşən “Günəşli” hoteldə qeydə alınıb.

Orada istirahət edən 1980-ci il təvəllüdlü Ə.Şirinov səhhətinin qəfil pisləşməsi nəticəsində vəfat edib.

Onun infarktdan öldüyü bildirilib.

Faktla bağlı araşdırma aparılır.