46 yaşlı qadın bıçaqlandı - Oğlu saxlanıldı

46-yasli-qadin-bicaqlandi
Oxunma sayı: 1250

Samux sakini bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

“Qafqazinfo” xəbər verir ki, Əhmədbəyli kənd sakini, 1980-ci il təvəllüdlü Elnurə Ələkbərova xəstəxanaya çatdırılıb.

Qadının vəziyyəti orta-ağırdır.

Məlumata görə, 2005-ci il təvəllüdlü Raul Ələkbərov ailə münaqişəsi zəminində anası, Elnurə Ələkbərovanı bıçaqlamaqda şübhəli bilinir. 

Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırmalar davam edir.

***

DİN-in Regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə R.Ələkbərov saxlanılaraq istintaqa təhvil verilib. 

Araşdırmalar davam etdirilir.