53 gündən sonra ölkəsinə qayıdır

53-gunden-sonra-olkesine-qayidir
Oxunma sayı: 1075

Bölgədə döyüşlərin başlaması səbəbindən Tehran hava limanında qapalı qalan Türkiyənin “Pegasus” Hava Yollarına məxsus təyyarə 53 gündən sonra ölkəsinə yola düşüb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda DHA xəbər agentliyi məlumat yayıb.

Təyyarənin aprelin 21-i axşam saatlarında İstanbula çatacağı gözlənilir.

Məlumatda qeyd olunur ki, təyyarə fevralın sonundan hava məkanının bağlanması səbəbindən Tehranda qalmağa məcbur olub.

Müharibənin əvvəlində ekipajın qurudan uğurla Türkiyəyə təxliyə edildiyi vurğulanır.

Agentliyin məlumatına görə, təyyarənin geri qaytarılması İslam Respublikasının hava məkanında uçuş məhdudiyyətlərinin qismən götürülməsi sayəsində mümkün olub.