“6-7 ildir hər qış bu yolda əziyyət çəkirik...” - Video

6-7-ildir-her-qis-bu-yolda-eziyyet-cekirik
Oxunma sayı: 755

İntensiv yağan yağış nəticəsində Sabunçu rayon Yavər Əliyev küçəsini su basıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı sakinlər və sürücülər AzTV-yə müraciət ediblər.

Sürücülərdən biri qeyd edib ki, bu vəziyyət 6-7 ildir, eynidir: “Hər il qışda bu əziyyəti çəkirik. Qonşuların evi dəfələrlə su altında qalıb”.

Digər vətəndaşın sözlərinə görə, bu yolu hər gün getdiklərindən maşınlarında problem yaranır: “Yolda kanalizasiya sistemi işləmir. Ona görə də yol bərbad vəziyyətdədir”.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, qeyd olunan ünvanda tullantı su şəbəkəsinin yenilənməsi layihəsi hazırlanıb: “İşlərə başlanılması məqsədilə müvafiq qurumlara müraciət olunub. Onlardan müsbət cavab alındqdan sonra layihənin icrası reallaşdırılacaq”.

Ətraflı videomaterialda: