665 ton süd məhsulu məhv edilib

665 ton süd məhsulu məhv edilib
Oxunma sayı: 1333

2021-ci ilin 9 ayı ərzində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən 50 147 ədəd qida təhlükəsizliyi sertifikatı, 39 243 ədəd fitosanitar sertifikat və icazə sənədi, 10 800 ədəd baytarlıq sertifikatı və icazə sənədi verilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə AQTA sədri Qoşqar Təhməzli Agentliyin ilin ilk 9 ayındakı fəaliyyətinə həsr olunan mətbuat konfransında məlumat verib.

O bildirib ki, qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti tədbirləri nəticəsində məhv edilmiş məhsulların siyahısına 206 ton ət və ət məhsulları, 28 ton balıq məhsulları, 665 ton və 13 748 dkl süd və süd məhsulları, 5 018 ədəd yumurta, 615 dkl alkoqollu və 18 045 dkl alkoqolsuz içkilər, 123 ton və 36 dkl tamlı məhsullar qrupuna aid digər məhsullar, 240 ton şəkər, bal və şəkərli qənnadı məmulatları, 32 ton un və un məmulatları, 60 ton və 37 dkl mayonez və yağ məhsulları, 22 ton dənli-paxlalı bitkilərdən məhsullar, 317 ton meyvə və tərəvəz məhsulları, 6 ton, 2 dkl və 74 961 ədəd qida əlavələri, 8 ton kulinariya məmulatları, 20 baş iribuynuzlu və xırdabuynuzlu heyvan, 3 ton və 41 dkl baytarlıq preparatları, 949 kq taxıl, 106 ton meyvə və tərəvəz, 109 ədəd üzüm tingi daxildir.