Şamaxıda bıçaqlanma olub.
“Qafqazinfo” xəbər verir ki, hadisə Sabir qəsəbəsi ərazisində qeydə alınıb.
37 yaşlı Anar Ağayev ailə-məişət mübahisəsi zəminində 67 yaşlı atası Məmməd Ağayevə kəsici alətlə xəsarət yetirib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Hazırda faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər