73 yaşlı azərbaycanlı Rusiyanın “Səs” şousunda - Video

73-yasli-azerbaycanli-rusiyanin-ses-sousunda
Oxunma sayı: 2874

Rusiyanın Birinci Kanalında “Səs 60+” vokal müsahibəsinin dördüncü mövsümü başlayıb.

“Qafqazinfo” xəbər verir ki, şounun ilk günü görmədən dinləmələr mərhələsində azərbaycanlı Tünzalə Qəhrəman iştirak edib.

O, ingilis dilində “Autumn leaves” mahnısını ifa edib və növbəti mərhələyə vəsiqə qazanıb. Belə ki, 73 yaşlı həmyerlimiz məşhur musiqiçi Stas Naminin komandasına daxil olub.

Qeyd edək ki, sözügedən layihənin münsif kürsüsündə Valeri Leontiyev, Stas Namin, Laima Vaikule və Oleq Qazmanov əyləşib.