“Sabah” səfərdə “Sumqayıt”ı darmadağın edib

sabah-seferde-sumqayiti-darmadagin-edib
Oxunma sayı: 128

Futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun daha bir oyunu keçirilib.

“Qafqazinfo” xəbər verir ki, son ölkə çempionu “Sabah” səfərdə “Sumqayıt”la qarşılaşıb.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunan görüş qonaqların 5:1 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra xallarını 24-ə çatdıran “Sabah” turnir cədvəlinin ilk pilləsinə yüksəlib. “Sumqayıt” isə 10 xalla 9-cu sırada qərarlaşıb.

Qeyd edək ki, XII turun açılış matçında “Zirə” Yevlaxda “İmişli” ilə 2:2 hesablı heç-heçə edib. Tura noyabrın 22-də yekun vurulacaq.

Azərbaycan Premyer Liqası XII tur

“Sumqayıt” – “Sabah” - 1:5

Qollar: Ksander Severina, 22 (0:1), Sedrik Badolo, 30 (1:1), İvan Lepiniça, 42 (1:2), Timoteuş Puxaç, 55 (1:3), Aleksey İsayev, 67 (1:4), Xəyal Əliyev, 75 (1:5)