“Olimp Hospital”da ürəyi dayanan pasiyent həkimlərin müdaxiləsi ilə həyata qaytarıldı - Video

olimp-hospitalda-ureyi-dayanan-pasiyent-hekimlerin-mudaxilesi-ile-heyata-qaytarildi
Oxunma sayı: 150

“Olimp Hospital”da angioqrafiya müayinəsi üçün müraciət edən pasiyent tibbi müdaxilə zamanı ürək dayanması ilə üzləşib.

“Qafqazinfo” xəbər verir ki, həkimlərin operativ müdaxiləsi, peşəkarlığı və səyi nəticəsində pasiyentin həyatı xilas edilib.

Həyatla ölüm arasında mübarizənin getdiyi kritik anlarda tibbi komandanın çevik qərarı və koordinasiyalı fəaliyyəti həyati əhəmiyyət daşıyıb.

Pasiyentin yaşadığı hadisə, həmin anlar və həyata yenidən qayıdış hekayəsi videoda təqdim olunur.

Bəzən bir neçə dəqiqə, bir qərar və peşəkar komandanın müdaxiləsi insanın həyatını dəyişir.