Paytaxtın Yasamal rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
“Qafqazinfo” xəbər verir ki, 1950-ci il təvəllüdlü Məmmədova Şəfiqə Murquz qızı Çingiz Mustafayev küçəsindəki evinin hamam otağında olarkən dəm qazından zəhərlənib.
O, hadisə yerində vəfat edib.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər