8 Noyabr prospektində dəhşətli qəza - Video

8-noyabr-prospektinde-dehsetli-qeza
Oxunma sayı: 6724

Bu gün günorta saatlarında Xətai rayonu, 8 Noyabr prospektində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) hadisənin görüntülərini yayıb.

Mərkəzdən bildirilib ki, yaxınlıqda, yolun hər iki tərəfində yerüstü piyada keçidi olmasına baxmayaraq yolun hərəkət hissəsindən keçən piyadanı avtomobil vurub: “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müşahidə kameralarının qeydə aldığı görüntülərdən məlum olur ki, bir çox piyadalar bu yolda olan yerüstü piyada keçidlərindən istifadə etməyib həyatlarını təhlükəyə atırlar”.