8 Noyabr prospektindəki təmir bitdi, yol açıldı - Video

8-noyabr-prospektindeki-temir-bitdi-yol-acildi
Oxunma sayı: 334

Paytaxtın Xətai rayonu ərazisində - 8 Noyabr prospektində bir neçə həftədir aparılan qazıntı işləri yekunlaşıb.

“Qafqazinfo” xəbər verir ki, prospektin AFFA-nın qarşısından keçən hissəsində Keşlə yağış kollektoru və yolun asfalt-beton örtüyü bərpa edilib.

Artıq ərazi nəqliyyat vasitələrinin hərəkəti üçün istifadəyə verilib.

Qeyd edək ki, noyabrın əvvəlindən bəri ərazidə qazıntı işləri aparıldığından sözügedən hissə daraldılmışdı və bu da nəqliyyatın hərəkəti üçün çətinlik yaradırdı.