Gürcüstanda matəm elan edildi

gurcustanda-matem-elan-edildi
Oxunma sayı: 549

Tbilisidə ötən gün yaşayış binasında partlayış nəticəsində 6 nəfərin həlak olması ilə bağlı noyabrın 22-si Gürcüstanda matəm elan edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Gürcüstan hökuməti qərar qəbul edib. 

Qərara əsasən, həmin gün ölkə boyu Gürcüstanın dövlət bayraqları yarıya endiriləcək. Bununla yanaşı, noyabrın 22-si bütün kütləvi əyləncə tədbirləri qadağan edilib.

Xatırladaq ki, noyabrın 19-da səhər saatlarında Tbilisidə yaşayış binasında qaz sızması nəticəsində baş verən partlayışda 6 nəfər həlak olub, daha 5 nəfər isə yaralanıb.