“Atlant”ın rəhbəri vəfat etdi

atlantin-rehberi-vefat-etdi
Oxunma sayı: 761

Nabranda yerləşən “Atlant” Ailəvi İstirahət Mərkəzinin rəhbəri Tahir Qədəşov vəfat edib.

“Qafqazinfo” Bizim.mediaya istinadən xəbər verir ki, o, ürək çatışmazlığından dünyasını dəyişib.

Bildirilib ki, Tahir Qədəşovun nəşi bu gün Bakıdan Qubaya gətiriləcək və mərhum ata yurdu İsnov kəndində dəfn olunacaq.

Qeyd edək ki, bir neçə gün əvvəl mərhumun rəhbəri olduğu “Atlant” Ailəvi İstirahət Mərkəzi müsadirə edilib.