Kiyev ballistik raketlərlə atəşə tutulub

kiyev-ballistik-raketlerle-atese-tutulub
Oxunma sayı: 136

Rusiya ordusu noyabrın 20-nə keçən Ukraynanın paytaxtı Kiyevi ballistik raketlərlə atəşə tutub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı şəhərin meri Vitaliy Kliçko açıqlayıb. 

Hadisə nəticəsində 3 nəfər həlak olub, daha 2 nəfər isə yaralanıb.

Bununla yanaşı, zərbə nəticəsində Ukrayna paytaxtında 3 körpüyə zərər dəyib.