Beyləqanda 22 Noyabr - Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
“Qafqazinfo” xəbər verir ki, bu münasibətlə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı aparatının əməkdaşları və ədliyyə orqanları əməkdaşları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Ziyarət iştirakçıları müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ədliyyə sisteminin inkişafında müstəsna xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamına əsasən, hər il noyabrın 22-si ölkəmizdə Ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən köklü islahatlar nəticəsində müasir Azərbaycan ədliyyə sisteminin əsası qoyulmuş, bu sahənin institusional inkişafı təmin edilmişdir. Hazırda Azərbaycan ədliyyəsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hüquqi islahatlar çərçivəsində müasirləşərək inkişafını davam etdirir.
Son xəbərlər
Son Xəbərlər