ABŞ-da etirazçılar bank binasını da yandırdılar

abs-da-etirazcilar-bank-binasini-da-yandirdilar
Oxunma sayı: 2151

ABŞ-da polis tərəfindən öldürülən qaradərili Corc Floyd üçün təşkil olunan nümayişlərdə “Wells Fargo”ya məxsus bank binası etirazçılar tərəfindən yandırılıb.

“Qafqazinfo” “Fox 9” telekanalına istinadən xəbər verir ki, sözügedən maliyyə qurumunun bir filialı Minneapolis şəhər polis departamentinin yanında yerləşir. Kontrplak panellərlə bağlanmış qapıların yanğına məruz qaldığı, binanın sındırılmış şüşələrindən tüstünün çıxdığı bildirilib.

Bununla yanaşı filialın yaxınlığında yerləşən bir bankomat və bir avtomibilin də yandırıldığı məlum olub.