ABŞ-də müəmmalı maddə faciəsi - 3 nəfər öldü, köməyə gedənlər də zəhərləndi

abs-de-muemmali-madde-faciesi
Oxunma sayı: 421

ABŞ-nin Nyu-Meksiko ştatında baş verən müəmmalı hadisə narahatlıq yaradıb. Albukerke şəhərində yerləşən evdə “naməlum maddə”yə məruz qaldığı ehtimal edilən üç nəfər həyatını itirib.

“Qafqazinfo” xəbər verir ki, hadisə yerinə ilkin müdaxilə qrupu “həddindən artıq doza” şübhəsi ilə çağırılıb.

Evdə huşsuz vəziyyətdə dörd nəfər aşkarlanıb. Onlardan üçünün hadisə yerində öldüyü müəyyən edilib, bir nəfər isə xəstəxanaya çatdırılıb.

Hadisə zamanı müdaxilə edən xilasedici heyətin üzvləri də naməlum maddədən təsirlənib. Bildirilir ki, 18 nəfərdə ürəkbulanma, başgicəllənmə və digər simptomlar müşahidə olunub. Onlar təhlükəsizlik məqsədilə xəstəxanaya yerləşdirilib və karantinə alınıb.

Qrup üzvlərindən ikisinin vəziyyətinin ağır olduğu açıqlanıb.

Hadisə yerində araşdırma aparan yanğınsöndürmə və təhlükəsizlik xidmətləri maddənin növünü müəyyənləşdirməyə çalışır. İlkin məlumatlara əsasən, hazırda ictimai sağlamlıq üçün genişmiqyaslı təhlükənin olmadığı bildirilib.