ABŞ-dən Ukraynaya yeni hərbi yardım paketi

abs-den-ukraynaya-yeni-herbi-yardim-paketi
Oxunma sayı: 2412

ABŞ Ukraynaya yeni yardım paketi ayırıb.

“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşündə deyib.

Məlumata görə, Ukraynaya 225 milyon dollar dəyərində yeni yardım paketinə “Patriot” raket batareyası, NASAMS hava hücumundan müdafiə sisteminin mərmiləri və digər döyüş sursatları daxildir.

Qeyd edək ki, bu, ABŞ-də milli təhlükəsizlik qanunu qəbul olunduqdan sonra imzalanan səkkizinci tədbirlər paketi olacaq.