“ABŞ gəmiləri Hörmüzdən cənuba çəkilib” - SEPAH

abs-gemileri-hormuzden-cenuba-cekilib
Oxunma sayı: 361

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü Hüseyn Muhibbi Fars körfəzində ABŞ-yə məxsus hərbi gəminin qalmadığını və hərbi dəniz qüvvələrinin Hörmüz boğazından 500 kilometr cənuba çəkildiyini iddia edib.

“Qafqazinfo” “Tasnim” agentliyinə istinadən xəbər verir ki, Muhibbi Fars körfəzindəki ABŞ hərbi mövcudluğu ilə bağlı kəskin bəyanatla çıxış edib.

SEPAH rəsmisi bildirib ki, hazırda ABŞ-nin hədələyici bəyanatları onun məğlubiyyətini qələbə kimi qələmə vermək cəhdindən başqa bir şey deyil:

“Gərginliyin pik həddə olduğu vaxtlarda Fars körfəzində ABŞ-yə məxsus 40-a yaxın hərbi gəmi mövcud idi, lakin indi onlar geri çəkilmək məcburiyyətində qalıblar. Amerikalılar yaxın zamanlarda Ərəb dənizindən də tamamilə çıxarılacaq”.