ABŞ-nin dövlət borcu ilk dəfə 33 trilyon dolları ötüb

abs-nin-dovlet-borcu-ilk-defe-33-trilyon-dollari-otub
Oxunma sayı: 577

ABŞ-nin ümumi dövlət borcu tarixdə ilk dəfə 33 trilyon dolları ötüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı ABŞ-nin Maliyyə Nazirliyi yayıb. 

Bildirilir ki, hazırda ABŞ-nin dövlət borcunun həcmi 33,044 trilyon dollar təşkil edir. 

Qeyd edək ki, 3 ay əvvəl – iyunun 16-sı ABŞ-nin dövlət borcu 32 trilyon dolları keçib. “The New York Times” qəzetinin məlumatına görə, bu onilliyin sonuna qədər sözügedən borc 50 trilyon dollara çata bilər.